Yuxarı

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Gələn il avqustun 31-dən sentyabrın 3-dək Bakıda Enerji İqtisadiyyatı üzrə 1-ci Beynəlxalq Avrasiya konfransı keçiriləcək

Bakı. 3 avqust. REPORT.AZ/ Bu gün mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyasının icraçı direktoru David Villiam və Enerji Siyasətləri Araşdırma Mərkəzinin direktoru Gürkan Kumbaroğlu ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə əsasən Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyası tərəfindən 2016-cı ilin avqustun 31-dən sentyabrın 3-dək Enerji İqtisadiyyatı üzrə 1-ci Beynəlxalq Avrasiya konfransının keçirilməsi məsələsi müzakirə olunub.

Qeyd edək ki, Azərbaycanda keçirilməsi planlaşdırılan bu konfrans Azərbaycan Konqreslər Bürosu tərəfindən qazanılan ilk beynəlxalq tədbirlərdəndir.

Görüş zamanı tədbirin keçirilmə şəraiti, forması, turistlərin Azərbaycana gəlmə imkanları, viza prosesi və s. təşkilati məsələlər müzakirə olunub.

Bildiririk ki, tədbirin keçirilməsi həm enerji, həm də turizm sahəsində mühüm əhəmiyyət kəsb edir. Konfransda 200-ə yaxın dövlət, özəl və akademik dairələrdən nümayəndənin iştirakı nəzərdə tutulur.

Görüş zamanı Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan qonaqlar ölkəmizlə bağlı zəngin təəssüratlarını bölüşüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi