Azərbaycan Bəhreyndə keçirilən beynəlxalq sərgidə təmsil olunub

Azərbaycan Bəhreyndə keçirilən beynəlxalq sərgidə təmsil olunub Bəhreyn İncəsənət Sərgisi artıq 42-ci dəfədir keçirilir
Mədəniyyət siyasəti
21 Yanvar , 2016 20:24
Azərbaycan Bəhreyndə keçirilən beynəlxalq sərgidə təmsil olunub

Bakı. 21 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Bəhreyn Krallığında keçirilən incəsənət sərgisində iştirak edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Tədbirdə Bəhreyn Krallığının baş naziri Xəlifə bin Salman əl-Xəlifə, Bəhreyn Krallığının mədəniyyət naziri, Mədəniyyət və Əntiq əşyalar Administrasiyasının və Bəhreyn Milli Muzeyinin prezidenti xanım Mai bint Məhəmməd əl-Xəlifə, nazirlər, millət vəkilləri, diplomatlar, ali qonaqlar, iş adamları, mədəniyyət və incəsənət nümayəndələri, KİV nümayəndələri iştirak edib.

Sərginin açılışında çıxış edən Bəhreyn Krallığının baş naziri Xəlifə bin Salman əl-Xəlifə qeyd edib ki, incəsənət sərgisi ildən ilə tanınan regional və beynəlxalq tədbirə çevrilməkdədir. O bildirib ki, hər il artan iştirakçı və ziyarətçi sayı sübut edir ki, bu tədbirə olan maraq artmaqdadır.

Daha sonra müxtəlif pavilyonlarda 87 rəsm əsərləri və incəsənət işləri olan sərgiyə baxış keçirilib.

Bəhreyn İncəsənət Sərgisi artıq 42-ci dəfədir keçirilir.

Qeyd edək ki, Bəhreyn Krallığında keçirilən Beynəlxalq Mədəniyyət və İnvestisiya Forumu və İncəsənət Sərgisində Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi Günel Aslanova təmsil edib. 

Son xəbərlər

Orphus sistemi