Azərbaycan 55-ci Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan 55-ci Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycanın Misirdəki səfirliyinin təşkilatıçılığı ilə Qahirə şəhərində baş tutan 55-ci Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunub.
Mədəniyyət siyasəti
27 Yanvar , 2024 13:43
Azərbaycan 55-ci Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan Mədəniyyət Nazirliyi və Misirdəki səfirliyimizin təşkilatçılığı ilə 55-ci Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunub.

Nazirlikdən "Report"a verilən məlumata görə, kitab sərgisinə 70 ölkədən 1200-dən artıq nəşriyyat qatılıb.

Mədəniyyət Nazirliyinin əməkdaşları və şair-yazıçı Aqşin Yeniseyin olduğu nümayəndə heyəti sərginin açılış günündə baş tutan bir sıra tədbirlərə qatılıblar. Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə “İslam Dünyasının Mədəniyyət paytaxtı” seçilməsi barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilib.

Qeyd edək ki, Qahirə Beynəlxalq Kitab Sərgisi 6 fevral 2024-cü il tarixinədək davam edəcək.

Son xəbərlər

Orphus sistemi