Azərbaycanda yeni yaradılan dövlət qurumuna rəhbər təyinatı olub

Azərbaycanda yeni yaradılan dövlət qurumuna rəhbər təyinatı olub Bununla bağlı əmri nazir imzalayıb
Mədəniyyət siyasəti
22 Dekabr , 2014 12:18
Azərbaycanda yeni yaradılan dövlət qurumuna rəhbər təyinatı olub

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində yeni təyinat olub.

"Report"un xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə Zakir Sultanov təyin edilib.

Z.Sultanov indiyə qədər Tikilən Obyektlərin Birləşmiş Müdriyyətinin rəisi idi.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdriyyətinin bazasında nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.

Son xəbərlər

Orphus sistemi