Avropa dillər günü çərçivəsində “Azərbaycan evi” dil və mədəniyyətimizə həsr edilmiş tədbir keçirib

Avropa dillər günü çərçivəsində “Azərbaycan evi” dil və mədəniyyətimizə həsr edilmiş tədbir keçirib Heydər Əliyev Fondunun ölkəmizin tarixi və mədəniyyətinə dair nəşrləri iştirakçılara hədiyyə edilib
Mədəniyyət siyasəti
27 Sentyabr , 2015 09:00
Avropa dillər günü çərçivəsində “Azərbaycan evi” dil və mədəniyyətimizə həsr edilmiş tədbir keçirib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Sentyabrın 26-sı Avropa dillər günü kimi qeyd olunur. "Report" xəbər verir ki, ölkəmizdən uzaqlarda dil və mədəni irsimizə dair silsilə tədbirlər təşkil edən, Parisdə fəaliyyət göstərən “Azərbaycan evi” də Avropa dillər gününə həsr olunmuş bayrama qatılıb.

“Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva tədbiri açaraq Ana dilimiz, onun tarixi və inkişafı, eləcə də zəngin mədəniyyətimiz haqqında geniş məlumat verib.

Azərbaycan dili və mədəniyyəti ilə yaxından maraqlanan dinləyicilərin sualları cavablandırılıb.

Sonda Heydər Əliyev Fondunun ölkəmizin tarixi və mədəniyyətinə dair nəşrləri iştirakçılara hədiyyə edilib.

Xatırladaq ki, Avropa Şurasının təşəbbüsü ilə 2001-ci ildən 26 sentyabr Avropa dillər günü kimi qeyd olunur. Bu günün əsas məqsədi Avropa dillərinin tədrisinə maraq oyatmaq və xalqlar arasında mövcud əlaqələri daha da genişləndirməkdir.

Son xəbərlər

Orphus sistemi