Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yeri dəyişdirilib.
Sənətçinin ailəsindən "Report"a bildirilib ki, mərhumun cənazəsi bu gün "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Mədəniyyət Nazirliyi tanınmış teatr və kino aktyoru, Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirib, ailəsi və yaxınlarına başsağlığı verib.
Bu barədə "Report"a nazirlikdən bildirilib.
"Xalq artistinin dəfni ilə bağlı məsələrə nazirlik tərəfindən müvafiq kömək göstəriləcəyini, dəfn yeri və vaxtının ailəsi tərəfindən müəyyən ediləcəyini bildiririk", - nazirlikdən qeyd olunub.
***
Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer müəyyənləşib.
Sənətçinin ailəsindən "Report"a bildirilib ki, mərhumun cənazəsi bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Xalq artisti A.Quliyev ötən gün axşam saatlarında müalicə aldığı "Yeni klinika"da dünyasını dəyişib.
Bir müddətdir koronavirusa yoluxan sənətçinin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulmuşdu.