Aparat rəhbərinin müavini: "Mədəniyyət sahəsində struktur, fərd və təşkilatların statistikası toplanmır"

Aparat rəhbərinin müavini: "Mədəniyyət sahəsində struktur, fərd və təşkilatların statistikası toplanmır" Mədəniyyət sahəsində indikatorların çatışmazlığı problemləri ilə rastlaşırıq.
Mədəniyyət siyasəti
19 İyun , 2019 17:48
Aparat rəhbərinin müavini: Mədəniyyət sahəsində struktur, fərd və təşkilatların statistikası toplanmır

"Mədəniyyət sahəsində indikatorların çatışmazlığı problemləri ilə rastlaşırıq".

"Report" xəbər verir ki, bunu Mədəniyyət Nazirliyində struktur bölmələrin iştirakı ilə keçirilən kollegiya iclasında Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.

Onun sözlərinə görə, sözügedən məsələ ilk dəfədir ki, müzakirə olunur: "Çünki bu istiqamətdə təkcə Nazirliyin strukturunda olan idarələr deyil, sahənin bütün iştirakçıları, dövlət və özəl tərəfdaşlar mədəniyyət biznesi və mədəniyyət sənayesinin formalaşmasında iştirak edir. Bu sahə müasir dövrün əsas trendlərindən biridir. Uzun müddət biz öz fəaliyyətimizdə işin təkmilləşməsinə yönəldilmiş addımlar atmışıq. Bu gün dünyada mədəni sənaye sahəsində iş yerlərinin açılması digər sahələrdən daha çoxdur. Çünki bu sahə az sərmayə tələb edir və əhalinin bütün təbəqələrinə təsir göstərmək imkanına malikdir. Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin beynəlxalq əlaqələr və innovasiyalar sektoru xarici ekspertlərin iştirakı ilə mədəni sənayelərin təhlilini aparıb. Təhlil hesabatı dövründə mədəniyyət sahəsində indikatorların çatışmazlığı problemləri ilə rastlaşdıq. Bu o deməkdir ki, mədəniyyət sahəsində bütün struktur, fərd və təşkilatların statistikası toplanmır. Bununla bağlı artıq bir neçə əlaqədar qurumlarla danışıqlar aparılıb. Mədəniyyət biznesinin dövlətin ümum daxili məhsulunda rolu sənədlərlə öz əksini tapmalıdır. Bu işin həlli istiqamətində Vergilər Nazirliyi ilə müvafiq iş aparılır”.

V.Eyvazzadə qeyd edib ki, mədəniyyət sənayesinin formalaşmasında digər vacib istiqamət bu sahənin brendləşdirilməsidir: “Brendləşmə nazirliyin strukturlarında kənar müəssisələrin, biznes strukturlarının vahid bir şüar altında şəbəkələşməsinə kömək edə bilər. Bunun üçün artıq kreativ Azərbaycan brendinin yaradılması istiqamətində iş gedir və loqonun ilkin variantı hazırlanıb. Bu sahədə aparılan işlər bütün sahələri əhatə edərək dərin tərəfdaşlığa yardımçı olacaq”.

Son xəbərlər

Orphus sistemi