Ankarada "Azərbaycan gecələri" adlı tədbir keçirilib

Ankarada "Azərbaycan gecələri" adlı tədbir keçirilib
Mədəniyyət siyasəti
4 İyun , 2018 11:27
Ankarada Azərbaycan gecələri adlı tədbir keçirilib
Embassy of Azerbaijan in Turkey
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ Ankarada "Azərbaycan gecələri" adlı tədbir keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən "Report"a verilən məlumata görə, tədbir Türkiyə paytaxtının Keçiörən bələdiyyəsində “9-cu Ənənəvi Beynəlxalq Ramazan şənlikləri” çərçivəsində baş tutub.

Türkiyənin rəsmi şəxslərinin, Ankara meriyası nümayəndələrinin iştirak etdiyi tədbirdə yeməklər, sənətkarların əsərləri, Azərbaycanın milli rəqsləri təqdim edilib.

Qeyd edək ki, tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilib.