Anar Kərimov Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb

Anar Kərimov Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xiva şəhərində TÜRKSOY-un 38-ci Nazirlər iclasında Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoyla görüşüb.
Mədəniyyət siyasəti
17 Sentyabr , 2021 17:36
Anar Kərimov Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb

Mədəniyyət naziri Anar Kərimov TÜRKSOY-un 38-ci nazirlər iclasında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla görüşüb.

"Report" xəbər verir ki, bu barədə A.Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib.

"Qardaş Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə TÜRKSOY-un 38-ci Nazirlər Şurası çərçivəsində ikitərəfli görüş keçirdik və Türkiyəyə səfərim zamanı əldə olunan razılaşmaların icrasının davamını müzakirə etdik. Önümüzdə geniş əməkdaşlıq proqramı durur", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi