Anar Kərimov: "Restavrasiya və bərpa işlərinə Şuşadan başlanılacaq"

Anar Kərimov: "Restavrasiya və bərpa işlərinə Şuşadan başlanılacaq" "Bizim ən ümdə vəzifəmiz Şuşamızı bərpa etmək, onun tarixi əhəmiyyətini, bizim mədəniyyətimizdə olan rolunu tam bərpa etmək, musiqimizin, mədəniyyətimizin beşiyi olduğunu dünyaya bəyan etməkdir".
Mədəniyyət siyasəti
273
4 Mart , 2021 13:23
Anar Kərimov: Restavrasiya və bərpa işlərinə Şuşadan başlanılacaq
0 : 00
0 : 00

"Bizim ən ümdə vəzifəmiz Şuşamızı bərpa etmək, onun tarixi əhəmiyyətini, bizim mədəniyyətimizdə olan rolunu tam bərpa etmək, musiqimizin, mədəniyyətimizin beşiyi olduğunu dünyaya bəyan etməkdir".

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, restavrasiya və bərpa işlərinə Şuşadan başlanılacaq: "Amma bu, uzun sürən bir prosesdir. Burada hərtərəfli ölçülməlidir. Cənab Prezidentin də dediyi kimi, biz Şuşanın tarixi simasını qaytarmalıyıq. Ona görə də tələsmək olmaz və bu işdə müəyyən strategiya olmalıdır. Bu istiqamət üzrə də bərpa ediləcək. Şuşanın tarixi əhəmiyyətini özünə qaytaracağıq".

Natiq Çıraqzadə

Son xəbərlər

Orphus sistemi