​Ağ Evdə Novruz bayramı qeyd edilib

​Ağ Evdə Novruz bayramı qeyd edilib Mişel Obama: "Mən Novruz bayramı tədbirinə qatılmaqdan məmnunam"
Mədəniyyət siyasəti
12 Mart , 2015 11:06
​Ağ Evdə Novruz bayramı qeyd edilib

Bakı. 12 mart. REPORT.AZ/ Ağ Evin Şərq otağında Novruz bayramı münasibəti ilə tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə ABŞ prezidentinin xanımı Mişel Obama iştirak edib. O, Novruz bayramını qeyd edən dövlətlərin icmalarının nümayəndələrini salamlayıb: "Amerika müxtəlif adət və ənənələr ölkəsidir. Bu, Amerikanı Amerika edir. Novruz da belə ənənələr sırasındadır. Bu bayram 3 min ildən artıqdır keçirilir. Eyni zamanda, ABŞ-dakı icmalarda onu qeyd edirlər. Bu bayram yazın gəlişindən və torpağın oyanmasından xəbər verir. Mən Novruz bayramı tədbirinə qatılmaqdan məmnunam".

Ağ Evin ənənəvi yeməkləri ilə Novruz qeyd olunub.

Tədbirdə "İpək yolu" ("Silk road Dance Company") rəqs qrupu, Novruz bayramını qeyd edən dövlətlərin icmalarının nümayəndələrinin folklor qrupları çıxış edib.

Son xəbərlər

Orphus sistemi