Bakıda "Kəşmirlə Həmrəylik Günü"nə həsr olunmuş tədbir keçirilib

Bakıda "Kəşmirlə Həmrəylik Günü"nə həsr olunmuş tədbir keçirilib Azərbaycan Dillər Universitetində Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət siyasəti
5 Fevral , 2024 11:53
Bakıda Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dillər Universitetində "Kəşmirlə Həmrəylik Günü"nə həsr olunmuş tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib.

“Azərbaycan Pakistanın və Kəşmir xalqının hüquqlarını fəal şəkildə dəstəkləyir. Bu problemin sülh yolu ilə həllini arzu edirik”, - tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla bildirib.

Rektorun sözlərinə görə, Azərbaycan Pakistanla mədəniyyət sahəsində əməkdaşlığa böyük önəm verir: “Universitetimizdə Pakistan dili mərkəzi fəaliyyət göstərir, tələbələr burada urdu dilini öyrənirlər".

Pakistanın Azərbaycandakı səfirliyin nümayəndəsi Zərminə Naz ölkəmizin Cammu və Kəşmir məsələsində beynəlxalq platformalarda rəsmi İslamabadı fəal dəstəklədiyini vurğulayıb: “Bu gün Pakistan hökuməti, xalqı öz ədalətli və qanuni mübarizələrinə sarsılmaz dəstəyini bir daha bəyan edir. Öz müqəddəratını təyin etmək hüququ beynəlxalq hüququn əsas prinsipidir”.

Son xəbərlər

Orphus sistemi