İctimai TV-də yayımlanan "Vətən Sağ Olsun -3 Xüsusi Tapşırıq" layihəsi başa çatıb.
“Report” xəbər verir ki, layihə ərzində 4 000-dən çox gənc iştirak üçün müraciət etmişdi. Seçim turlarından keçən 10 gəncə "N" saylı hərbi hissədə hərbçilər tərəfindən təlimlər keçirilib və xüsusi çağırışçı olan bu gənclər hər həftə verilən tapşırıqları icra ediblər.
Sonra yarışın finalçıları məlum olub. I yerdə Nurlan Hüseynov, II yerdə Ceyla Nagizadə, III yerdə isə Perviz Məmmədov qərarlaşıb.
Qalib finalçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və pul mükafatları ilə təltif ediliblər. Həmçinin yarışda iştirak edən 7 gənc də diplom və dəyərli hədiyyələrlə mükafatlandırıldılar.
Qeyd edək ki, "Report" İnformasiya Agentliyi verlişin informasiya dəstəkçisidir.