Yuxarı

Yuxuda xoruldayan insanlar qəza törətməyə daha çox meyilli olur

Xorultu artıq çəkili insanlarda daha çox rast gəlinir

Bakı. 20 iyul. REPORT.AZ/ Yuxuda xoruldayan insanlar qəza törətməyə daha çox meyilli olur. "Report" xarici mətbuata istinadən xəbər verir ki, xoruldayan insanlar yuxuda dincəlmədiyi üçün yola çıxarkən bütün diqqətləri dağılır və bu da nəticədə qəzaya səbəb olur.

Mütəxəssislər bildirir ki, xoruldamanı heç də adi qəbul etmək lazım deyil. Hətta xoruldamağa görə bir çox ailə travmaları yaşanır. Eyni zamanda, xoruldamaq yol-nəqliyyat hadisələrinə, yaddaşsızlığa, hətta psixi pozğunluğa belə səbəb olur.

Xoruldayan və tənəffüs problemi olan insanların yuxuya daha çox meyilli olduğuna bildirən mütəxəssislər əlavə edib ki, bu cür insanlar enerjilərini xoruldamağa verdiyinə görə yuxuda belə dincəlmirlər: "Buna görə də bədəndə güc qalmır və sükan arxasında özlərini itirirlər, bu da yol qəzalarına səbəb olur".

Həmçinin, xorultu artıq çəkili insanlarda daha çox rast gəlinir. Buna görə də xoruldayan insanlara arıqlamaq məsləhət görülür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi