​Yeni Zelandiyada 100-dən çox balina özünü sahilə ataraq intihar edib

​Yeni Zelandiyada 100-dən çox balina özünü sahilə ataraq intihar edib Heyvanları xilas etmək mümkün olmayıb
Maraqlı
15 Fevral , 2015 01:35
​Yeni Zelandiyada 100-dən çox balina özünü sahilə ataraq intihar edib

Bakı. 15 fevral. REPORT.AZ/ Yeni Zelandiyada 100-dən çox balina özünü Cənub adasının sahilinə ataraq intihar edib.

"Report" "Euronews"a istinadən xəbər verir ki, xilasedicilər və könüllülər heyvanlara kömək edə bilməyiblər.

Əvvəlcə kitlərin bir hissəsini sahildən uzaqlaşdırmaq mümkün olub, lakin onlar yenidən özlərini saya atıblar. İnsanlar kitlərə sahildən uzaqlaşmaqda köməklik göstərsələr də, bu bir nəticə verməyib.

Yeni Zelandiyada 10 ildən artıqdır ki, belə bir hadisə müşahidə olunmayıb.

Son xəbərlər

Orphus sistemi