Bakı. 15 fevral. REPORT.AZ/ Yeni Zelandiyada 100-dən çox balina özünü Cənub adasının sahilinə ataraq intihar edib.
"Report" "Euronews"a istinadən xəbər verir ki, xilasedicilər və könüllülər heyvanlara kömək edə bilməyiblər.
Əvvəlcə kitlərin bir hissəsini sahildən uzaqlaşdırmaq mümkün olub, lakin onlar yenidən özlərini saya atıblar. İnsanlar kitlərə sahildən uzaqlaşmaqda köməklik göstərsələr də, bu bir nəticə verməyib.
Yeni Zelandiyada 10 ildən artıqdır ki, belə bir hadisə müşahidə olunmayıb.



