Yaponiyada yaşlı karateçi ayının hücumundan xilas olub

Yaponiyada yaşlı karateçi ayının hücumundan xilas olub Hiroto Miiqava evinin yanında sahədə işləyərkən ayı ona hücum edib
Maraqlı
1 Avqust , 2017 12:10
Yaponiyada yaşlı karateçi ayının hücumundan xilas olub
Japan Times

Bakı. 1 avqust. REPORT.AZ/ Yaponiyadan olan 68 yaşlı Hiroto Miiaqava ayının hücumuna məruz qalıb. Amma karate fəndlərini bilməsi onun köməyinə çatıb.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, H.Miiqava Yamanasi prefektirasında yerləşən Fuefuki şəhərində evinin yanında sahədə işləyərkən ayı ona hücum edib. 1,6 metrlik boya malik vəhşi heyvanın hücumundan özünü itirməyən 68 yaşlı karateçi ayağı ilə ayının qarın və sinə nahiyəsinə zərbə vurub. Bundan sonra ayı dağlara tərəf qaçıb. 

Hücuma məruz qalan şəxs isə yüngül xəsarətlərlə canını qurtarıb.

Son xəbərlər

Orphus sistemi