Yuxarı
    Bağlamaq

    Yaponiyada 1920-ci ildən bəri ilk dəfə əhalinin azalması qeydə alınıb

    Yaponiyanın əhalisinin sayı 2015-ci ildə 127 milyon nəfəri ötüb

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Yaponiyada aparılmış siyahıyaalmaya əsasən, ölkədə 1920-ci ildən bəri ilk dəfə əhalinin sayının azalması faktı qeydə alınıb.

    "Report" Yaponiya KİV-inə istinadən xəbər verir ki, bunu Yaponiyanın İnzibati İşlər və Rabitə Nazirliyinin araşdırmalarının nəticələri göstərir.

    Qeyd edilib ki, hər beş ildən bir aparılan araşdırmaya görə, Yaponiyanın əhalisinin sayı 2015-ci ildə 127 milyon nəfəri ötüb və bu rəqəm 2010-cu ildə qeydə alınmış göstəricidən 0,8% azdır.

    Yaponiyada yaşı 65 və daha çox olanların sayı 2015-ci ildə 33,42 milyon nəfər təşkil edib. Bu isə əhalinin 26,7%-i deməkdir.

    Qeyd edək ki, Yaponiya ərazisində 1 milyon 750 min əcnəbi vətəndaş yaşayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi