Türkiyədə dünyanın ən qədim "smaylik"i aşkar edilib- FOTO

Türkiyədə dünyanın ən qədim "smaylik"i aşkar edilib- FOTO Tapıntı təxminən eramızdan əvvəl 1700-ci ilə aiddir
Maraqlı
18 İyul , 2017 17:30
Türkiyədə dünyanın ən qədim smayliki aşkar edilib- FOTO
Anadolu

Bakı. 18 iyul. REPORT.AZ/ Türkiyədə dünyanın ən qədim "smaylik"i aşkar olunub. 

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bir qrup türk və italyan arxeoloqları Qaziantep vilayətinin Karkamış şəhərində aparılan qazıntılar zamanı üzərində ən qədim gülümsəyən insan üzünün qrafik təsviri olan səhəng tapıblar.

"Bu mövsümün ən maraqlı tapıntılardan biri - üzərində "smaylik" olan səhəngdir. Tapıntı təxminən eramızdan əvvəl 1700-ci ilə aiddir və biz, yəqin ki, dünyada ən qədim "smaylik"i aşkar etmişik. Biz bilmirik, sənətkar hansı məqsədlə səhəngin üzərində bu rəmzi təsvir edib, amma biz onu təbəssüm adlandırırıq", - qrupun rəhbəri, Boloniya Universitetinin professoru Nikolo Marketti bildirib.

Onun sözlərinə görə, səhəng Qaziantep arxeologiya muzeyinə veriləcək.

Son xəbərlər

Orphus sistemi