Yuxarı
    Bağlamaq

    Türkiyədə dünyanın ən qədim əmək aləti tapılıb

    Müasir tipli qədim insanlar əvvəllər hesab olunduğu kimi, Yaxın Şərqə 70 min əvvəl deyil, milyon il əvvəl gəliblər

    Bakı. 24 dekabr. REPORT.AZ/ Royal Hollouey Universitetinin (London) arxeoloqları Türkiyənin qərbində tapılan qədim insanların əmək alətini tədqiq ediblər. "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, onlar tapıntının dəqiq yaşını müəyyən ediblər. Məlumata əsasən tapıntının yaşı 1,24-1,17 mln. ildir . 

    Qeyd olunur ki, müasir tipli qədim insanlar əvvəllər hesab olunduğu kimi, Yaxın Şərqə 70 min əvvəl deyil, milyon il əvvəl gəliblər. Bu ixtira haqqında bəhs edən məqalə "Quaternary Science Reviews" jurnalında dərc olunub. 

    Tapıntı haqqında danışan professor Daniel Şref deyir ki, onu təsadüfən tapıb: alim dəniz kənarında çöküntü süxurlarının nümunələrini toplayarkən çəhrayımtıl daş tapıb. Onu çevirdikdə, arxeoloq anlayıb ki, daşın üzərində süni işləmə izləri var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi