Türkiyədə dünyanın ən qədim əmək aləti tapılıb

Türkiyədə dünyanın ən qədim əmək aləti tapılıb Müasir tipli qədim insanlar əvvəllər hesab olunduğu kimi, Yaxın Şərqə 70 min əvvəl deyil, milyon il əvvəl gəliblər
Maraqlı
24 Dekabr , 2014 14:29
Türkiyədə dünyanın ən qədim əmək aləti tapılıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Royal Hollouey Universitetinin (London) arxeoloqları Türkiyənin qərbində tapılan qədim insanların əmək alətini tədqiq ediblər. "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, onlar tapıntının dəqiq yaşını müəyyən ediblər. Məlumata əsasən tapıntının yaşı 1,24-1,17 mln. ildir . 

Qeyd olunur ki, müasir tipli qədim insanlar əvvəllər hesab olunduğu kimi, Yaxın Şərqə 70 min əvvəl deyil, milyon il əvvəl gəliblər. Bu ixtira haqqında bəhs edən məqalə "Quaternary Science Reviews" jurnalında dərc olunub. 

Tapıntı haqqında danışan professor Daniel Şref deyir ki, onu təsadüfən tapıb: alim dəniz kənarında çöküntü süxurlarının nümunələrini toplayarkən çəhrayımtıl daş tapıb. Onu çevirdikdə, arxeoloq anlayıb ki, daşın üzərində süni işləmə izləri var. 

Son xəbərlər

Orphus sistemi