Yuxarı

​Türkiyə prezidentinin 20 illik sürücüsü millət vəkili seçilib

14 yaşı olanda o, Rəcəb Tayyib Ərdoğanla birlikdə Metris həbsxanasında qalıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana 20 il könüllü sürücülük edən Ahmed Hamdi Çamlı noyabrın 1-də keçirilən seçkidə millət vəkili seçilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Ahmed Hamdi Çamlı hakim Ədalət və İnkişaf Partiyasının namizədi olaraq deputat seçilib.

Xəbərdə bildirilib ki, Ahmed Hamdi Milli Nizam və Milli Səlamat Partiyasının qurucularından biri, Zeki Çamlının oğludur. Ahmed Hamdi Çamlı əvvəllər Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın sürücüsü olub.

O, Rəcəb Tayyib Ərdoğan İstanbul Böyük Bələdiyyəsi sədrliyinə namizəd olandan könüllü sürücülük edib. Ahmed Hamdi Çamlının 14 yaşı olanda Rəcəb Tayyib Ərdoğanla birlikdə Metris həbsxanasında qalıb. Ölkə prezidenti onu Rizədən olan keçmiş millət vəkili Şevki Yılmazın qardaşı qızı ilə evləndirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi