Yuxarı

Tailandda mərhum hökmdarın obrazının əks olunduğu pulsuz döymələr edilib

Analoji aksiyalar Pattaya və Çonburidə keçirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Tailandda tatu ustaları mərhum kral Phumipon Adulyadetin obrazının əks olunduğu pulsuz döymələr edib.

"Report" "Bangkokpost"a istinadən xəbər verir ki, Pattaya kurort şəhərində tatu salonlarının ustaları üç gün ərzində belə xidmət göstərib.

Məlumata görə, bu aksiyanın məqsədi 70 il ölkəyə başçılıq etmiş hökmdara olan "sədaqət və sevginin" ifadəsidir.

Analoji aksiya Çonburi şəhərində də keçirilib.

Xatırladaq ki, Phumipon Adulyadet okyabrın 13-də 89 yaşında Banqkokda vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi