Tailandda mərhum hökmdarın obrazının əks olunduğu pulsuz döymələr edilib

Tailandda mərhum hökmdarın obrazının əks olunduğu pulsuz döymələr edilib Analoji aksiyalar Pattaya və Çonburidə keçirilib
Maraqlı
19 Oktyabr , 2016 02:14
Tailandda mərhum hökmdarın obrazının əks olunduğu pulsuz döymələr edilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Tailandda tatu ustaları mərhum kral Phumipon Adulyadetin obrazının əks olunduğu pulsuz döymələr edib.

"Report" "Bangkokpost"a istinadən xəbər verir ki, Pattaya kurort şəhərində tatu salonlarının ustaları üç gün ərzində belə xidmət göstərib.

Məlumata görə, bu aksiyanın məqsədi 70 il ölkəyə başçılıq etmiş hökmdara olan "sədaqət və sevginin" ifadəsidir.

Analoji aksiya Çonburi şəhərində də keçirilib.

Xatırladaq ki, Phumipon Adulyadet okyabrın 13-də 89 yaşında Banqkokda vəfat edib.

Son xəbərlər

Orphus sistemi