Yuxarı
    Bağlamaq

    Stokholmda xəttə pilotsuz avtobuslar buraxılacaq

    Bakı. 30 dekabr. REPORT.AZ/ İsveçin Nəqliyyat Agentliyi paytaxt Stokholmda pilotsuz sərnişin avtobuslarının tətbiqini bəyənib.

    "Report" xəbər verir ki, bu haqda "Gazeta.ru" bildirib.

    Nəqliyyat Agentliyi rəhbərliyinin fikrincə, bu tarixi qərar insanlar üçün innovasiyaların əhəmiyyətli inkişafına imkan yaradacaq. Agentlikdə qeyd ediblər ki, yollarda möhkəm və təhlükəsiz avtomatik hərəkətin təminatı üçün bir sıra tədqiqatlar və sınaqlar keçirmək lazımdır.

    Həmçinin pilotsuz avtobusların istehsalçı şirkəti də sübut etməlidir ki, onların nəqliyyatı sərnişinlər, həm də başqa sürücülər üçün təhlükəsizdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi