Stokholmda xəttə pilotsuz avtobuslar buraxılacaq

Stokholmda xəttə pilotsuz avtobuslar buraxılacaq Bakı. 30 dekabr. REPORT.AZ/ İsveçin Nəqliyyat Agentliyi paytaxt Stokholmda pilotsuz sərnişin avtobuslarının tətbiqini bəyənib.
Maraqlı
30 Dekabr , 2017 03:14
Stokholmda xəttə pilotsuz avtobuslar buraxılacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ İsveçin Nəqliyyat Agentliyi paytaxt Stokholmda pilotsuz sərnişin avtobuslarının tətbiqini bəyənib.

"Report" xəbər verir ki, bu haqda "Gazeta.ru" bildirib.

Nəqliyyat Agentliyi rəhbərliyinin fikrincə, bu tarixi qərar insanlar üçün innovasiyaların əhəmiyyətli inkişafına imkan yaradacaq. Agentlikdə qeyd ediblər ki, yollarda möhkəm və təhlükəsiz avtomatik hərəkətin təminatı üçün bir sıra tədqiqatlar və sınaqlar keçirmək lazımdır.

Həmçinin pilotsuz avtobusların istehsalçı şirkəti də sübut etməlidir ki, onların nəqliyyatı sərnişinlər, həm də başqa sürücülər üçün təhlükəsizdir. 

Son xəbərlər

Orphus sistemi