Rza Zərrab 58 milyonluq təyyarə alıb - FOTO

Rza Zərrab 58 milyonluq təyyarə alıb - FOTO Babək Zəncaninin Türkiyədəki şirkətinin ofisi Zərrabın şirkətlərinin yerləşdiyi rayona köçürülüb
Maraqlı
5 Yanvar , 2015 10:20
Rza Zərrab 58 milyonluq təyyarə alıb - FOTO

Bakı. 05 yanvar. REPORT.AZ/ Türkiyədə yaşayan iş adamı Rza Zərrab özünə məxsus "ARE" hava şirkətinə 58 milyon dollarlıq "Gulfstream G550" markalı təyyarə alıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, təyyarənin fotosu R.Zərrabın sahibi olduğu "Royal Holdinq"in facebook səhifəsində paylaşılıb.

R.Zərrabın hava şirkətində "Challenger 300" tipli daha bir təyyarə var. 2015-ci ilin sonunadək onların sayının 3-ə çatacağı planlaşdırılıb.

Məlumata əsasən, bir həftə öncə onun İrandakı ortağı, hazırda ölkəsində həbsdə olan Babək Zəncaninin Türkiyədəki şirkətinin ofisi də Zərrabın şirkətlərinin yerləşdiyi rayona köçürülüb.

Xatırladaq ki, 2013-cü il dekabrın 17-də Türkiyədə "korrupsiya və rüşvətxorluq əməliyyatında" həbs edildikdən sonra bəraət alaraq, sərbəst buraxılan Rza Zərrabın mal-mülkü müsadirə edilmişdi.

Son xəbərlər

Orphus sistemi