Rusiyada əvvəllər məhkum olmuş şəxs 8 mart bayramı ilə əlaqədar qadınlara vermək üçün gül oğurlayıb

Rusiyada əvvəllər məhkum olmuş şəxs 8 mart bayramı ilə əlaqədar qadınlara vermək üçün gül oğurlayıb İndi o, beş ilədək azadlıqdan məhrum edilə bilər
Maraqlı
7 Mart , 2017 13:06
Rusiyada əvvəllər məhkum olmuş şəxs 8 mart bayramı ilə əlaqədar qadınlara vermək üçün gül oğurlayıb

Bakı. 7 mart. REPORT.AZ/ Saratovda polis daha əvvəl məhkumluq həyatı yaşamış, gül mağazasından 8 mart bayramı münasibətilə tanımadığı qadınlara vermək məqsədilə gül oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional baş idarəsinin mətbuat xidmətindən məlumat veriblər.

Qurumun məlumatına görə, gül dükanının əməkdaşı naməlum şəxslərin dükanın şüşəsini qıraraq içəri daxil olduğunu, dəyəri təxminən 3 min rubl olan 25 ağ, 25 qırmızı qızıl gül oğurladıqlarını bildirib. Oğurluq faktı ilə bağlı cinayət işi başladılıb, şübhəli şəxs axtarış itlərinin köməyi ilə saxlanılıb.

"Əvvəllər dəfələrlə məhkum həyatı yaşamış şəxsin əməli törətməsiylə bağlı könüllü etiraflarına baxmayaraq, qızıl gülləri aşkarlamaq mümkün olmayıb. Saxlanılan şəxs 50 gülü küçədə qarşısına çıxan 2 qadına hədiyyə etdiyini bildirib", - məlumatda deyilir.

İndi o, beş ilədək azadlıqdan məhrum edilə bilər.

Son xəbərlər

Orphus sistemi