​Romada zooparkdakı heyvanlara sərin qarpız və dondurma verirlər

​Romada zooparkdakı heyvanlara sərin qarpız və dondurma verirlər Zoopark işçiləri bildirib ki, meymunlar və ayılar günvurmadan qorunmaq üçün onlara verilən bu yeməklərdən məmnun görünürlər
Maraqlı
7 İyul , 2015 11:26
​Romada zooparkdakı heyvanlara sərin qarpız və dondurma verirlər

Bakı. 7 iyul. REPORT.AZ/ İtaliyanın paytaxtı Romada zooparkda saxlanılan heyvanları istidən və günvurmadan qorumaq üçün onlara dondurma və soyuq qarpız verirlər. 

"Report" xəbər verir ki, bu haqda "Sputnik-Georgiya" məlumat yayıb.

Zoopark işçiləri bildirib ki, meymunlar və ayılar onlara verilən bu yeməklərdən məmnun görünürlər.

Heyvanxananın direktoru Federiko Koççianın sözlərinə görə, bu sayaq yemləmə heyvanları günvurmadan qorumaqla yanaşı, onların əqli fəallığının inkişafına, eləcə də yaxşı formada qalmalarına kömək edir: "Biz onlara dondurma veririk. Bu çox əyləncəlidir. Onlar dondurmanın içindəki meyvə və tərəvəzi axtarıb, tapmalıdır. Bu heyvanların intellektinin inkişafına təsir göstərə bilər".

Son günlər İtaliyada havalar isti keçir. Yaxın günlərdə havanın temperaturunun 35 dərəcəyədək yüksələcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi