Yuxarı

"Reuters"in keçmiş əməkdaşı iki il azadlıqdan məhrum edilib

O,  Los Angeles Times qəzetinin saytına daxil olub bəzi materiallara düzəliş etməkdə təqsirli bilinir

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ məhkəməsi "Reuters" xəbər agentliyinin sabiq əməkdaşı Metyu Kizi iki il azadlıqdan məhrum edib. O,  "Anonymous" haker qrupuna kömək etməkdə, "Los Angeles Times" qəzetinin saytına daxil olmaqda, bəzi materiallara düzəliş etməkdə təqsirli bilinir.

"Report" xəbər verir ki, bu barədə "Assoşieyted Press" agentliyi məlumat yayıb.

Kiz 2013-cü ildə cinayət təhqiqatının üç epizodu üzrə şübhəli bilinib. O, bir neçə nəşrə sahib olan "Tribune Co" multimedia korporasiyasının kompüter sisteminin sıradan çıxarılmasında "Anonymous" haker qrupuna kömək etməkdə ittiham edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi