NASA "minilliyin qasırğası"nın kosmik şəkillərini dərc edib - VİDEO

NASA "minilliyin qasırğası"nın kosmik şəkillərini dərc edib - VİDEO Beşinci kateqoriyalı "Patrisiya" qasırğası küləyin sürəti baxımından yeni rekord müəyyənləşdirib
Maraqlı
26 Oktyabr , 2015 13:59
NASA minilliyin qasırğasının kosmik şəkillərini dərc edib - VİDEO

Bakı. oktyabr 26. REPORT.AZ/ NASA rəsmi saytında son minilliyin ən güclü qasırğası olan "Patrisiya"nın özündən sonra qoyduğu izlərin şəkillərini dərc edib. "Report" agentliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, qasırğa Meksika üzərində aşağı təzyiq sahəsi ilə toqquşma nəticəsində öz gücünü itirib.

Ötən həftənin ortasında Meksikanın Sakit okean sahillərində başlayan beşinci kateqoriyalı "Patrisiya" qasırğası küləyin sürəti baxımından yeni rekord müəyyənləşdirib.

Meksika hökuməti şənbəyə keçən gecə sahillərində özünü göstərən "Patrisiya" qasırğasını planetin tarixində ən güclü qasırğa adlandırıb. Quruya çıxana qədər qasırğanın gücü ən dağıdıcı həddə - 5-ci kateqoriyaya çatıb. Qasırğanın daxilində küləyin sürəti isə bəzən 400-ə çatmaqla, saatda 325 km olub.

Son xəbərlər

Orphus sistemi