Yuxarı

Melburn yaşayış üçün ən yararlı şəhərdir

İkinci yerdə Vyana, üçüncü sırada isə Vankuver qərarlaşıb

Bakı. 18 avqust. REPORT.AZ/ Avstraliyanın Melburn şəhəri yaşayış üçün ən yararlı şəhər adına sahib çıxıb.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, "Economist Intelligence Unit" təşkilatının apardığı araşdırmaların nəticələrində belə göstərilir.

Belə ki, təşkilatın ekspertləri bir sıra kateqoriyalar üzrə 140 yaşayış məntəqəsini qiymətləndirib. Xüsusilə səhiyyə, ekoloji şərait, təhsilin vəziyyəti kimi meyarlar nəzərə alınıb. Nəticədə ilk "onluq"dakı şəhərlərdən 6-nın Avstraliya və Kanadada yerləşdiyi məlum olub.

Sıralamada ikinci yerdə Vyana (Avstriya), üçüncü sırada isə Vankuver (Kanada) qərarlaşıb.

Yaşayış üçün ən yararlı şəhərlərin "Top-10"luğuna daxil edilən digər şəhərlər isə bunlardır: Toronto, Kalqari (hər ikisi Kanada), Adelaide, Pert (hər ikisi Avstraliya), Oklend (Yeni Zelandiya), Helsinki (Finlandiya) və Hamburq (Almaniya).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi