Melburn yaşayış üçün ən yararlı şəhərdir

Melburn yaşayış üçün ən yararlı şəhərdir İkinci yerdə Vyana, üçüncü sırada isə Vankuver qərarlaşıb
Maraqlı
18 Avqust , 2016 14:39
Melburn yaşayış üçün ən yararlı şəhərdir

Bakı. 18 avqust. REPORT.AZ/ Avstraliyanın Melburn şəhəri yaşayış üçün ən yararlı şəhər adına sahib çıxıb.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, "Economist Intelligence Unit" təşkilatının apardığı araşdırmaların nəticələrində belə göstərilir.

Belə ki, təşkilatın ekspertləri bir sıra kateqoriyalar üzrə 140 yaşayış məntəqəsini qiymətləndirib. Xüsusilə səhiyyə, ekoloji şərait, təhsilin vəziyyəti kimi meyarlar nəzərə alınıb. Nəticədə ilk "onluq"dakı şəhərlərdən 6-nın Avstraliya və Kanadada yerləşdiyi məlum olub.

Sıralamada ikinci yerdə Vyana (Avstriya), üçüncü sırada isə Vankuver (Kanada) qərarlaşıb.

Yaşayış üçün ən yararlı şəhərlərin "Top-10"luğuna daxil edilən digər şəhərlər isə bunlardır: Toronto, Kalqari (hər ikisi Kanada), Adelaide, Pert (hər ikisi Avstraliya), Oklend (Yeni Zelandiya), Helsinki (Finlandiya) və Hamburq (Almaniya).

Son xəbərlər

Orphus sistemi