Yuxarı

"Lester"in sahibi yeni yaxtasına klubun stadionunun adını verib

Yaxta 11 milyon funt sterlinqə alınıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ İngiltərənin "Lester" futbol klubunun sahibi Vişay Şrivaddhanaprabha 11 milyon funt sterlinqə yaxta alıb.

"Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, 116 fut (35 metr) uzunluğunda olan yaxtaya klubun ev oyunlarını keçirdiyi "The King Power" stadionunun adı verilib. Su nəqliyyatında 5 dəbdəbəli kayuta var. Yaxta saatda 48 km maksimal sürət yığa bilər.

Qeyd edək ki, "Lester" ötən mövsüm İngiltərə çempionu olub. Yeni mövsüm öncəsi Vişay Şrivaddhanaprabha komandanın hər bir futbolçusuna "BMW i8" avtomobili hədiyyə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi