"Lester"in sahibi yeni yaxtasına klubun stadionunun adını verib

"Lester"in sahibi yeni yaxtasına klubun stadionunun adını verib Yaxta 11 milyon funt sterlinqə alınıb
Maraqlı
13 Oktyabr , 2016 09:29
Lesterin sahibi yeni yaxtasına klubun stadionunun adını verib

Bakı. 13 oktyabr. REPORT.AZ/ İngiltərənin "Lester" futbol klubunun sahibi Vişay Şrivaddhanaprabha 11 milyon funt sterlinqə yaxta alıb.

"Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, 116 fut (35 metr) uzunluğunda olan yaxtaya klubun ev oyunlarını keçirdiyi "The King Power" stadionunun adı verilib. Su nəqliyyatında 5 dəbdəbəli kayuta var. Yaxta saatda 48 km maksimal sürət yığa bilər.

Qeyd edək ki, "Lester" ötən mövsüm İngiltərə çempionu olub. Yeni mövsüm öncəsi Vişay Şrivaddhanaprabha komandanın hər bir futbolçusuna "BMW i8" avtomobili hədiyyə edib. 

Son xəbərlər

Orphus sistemi