Yuxarı

​Kaliforniya zooparkı və Keniya qoruğu ağ kərgədanın xilas edilməsi yolunu tapıb

Alimlər çıxış yolunu süni mayalandırmada görürlər

Bakı. 13 noyabr. REPORT.AZ/ San-Diyeqoda yerləşən Safari-park (ABŞ, Kaliforniya ştatı) və Keniyanın Ol Peceta qoruğu dünyada nadir heyvan növlərindən biri olan ağ şimal kərkədanının nəslinin qorunub saxlanmasına yönələn iddialı plan işləyib hazırlayıblar.

"Report" xəbər verir ki, bu barədə "The Los Angeles Times" nəşri yazıb.

Qeyd olunur ki, dünyada bu növ heyvandan cəmi 4 baş qalıb və onlardan biri - dişi kərkədan hazırda San-Diyeqoda yaşayır. Keniyada isə bir erkək və iki dişi ağ kərkədan var.

Park və qoruq nümayəndələri tərəfindən nəzərdən keçirilən variantlardan biri süni mayalandırmadır və dişi ağ cənub kərkədanı surroqat ana olacaq.

"Bu, qaramal, at və insanlar üzərində təcrübədən çıxarılıb, deməli yerinə yetirilməsi mümkün olan bir şeydir", — deyə qoruğun direktoru Riçard Viqn bildirib.

Ağ şimal kərkədanları vaxtikən Mərkəzi Afrikanın böyük bir hissəsində dolaşırdılar, lakin brakonyerlik fəaliyyəti, onların yaşadığı ərazilərin dağıdılması və vətəndaş müharibəsi heyvanları tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə qoyub.

Heyvanın uzun buynuzu ənənəvi təbabətdə, xüsusilə Vyetnamda böyük əhəmiyyət kəsb edir. Qara bazarda ona görə böyük pullar qazanmaq olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi