Yuxarı

"Anadolu" Agentliyinin xəbərlərini istinadsız yayan sayt rəhbərləri həbs olunub

Onlar agentliyin xəbərlərini icazəsiz yayırmış

Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin "Anadolu" Agentliyinin (AA) xəbərlərindən icazəsiz və istinad edilmədən istifadə etdiyi üçün iki internet saytının rəhbəri həbs olunub.

"Report" AA-ya istinadən xəbər verir ki, agentliyin iddiasına əsasən "dadastv.com" saytının sahibi və baş direktoru bir il müddətinə azadlıqdan məhrum edilib.

"gazeteguncel.com" saytının əlaqələndircisinə isə 10 ay iş kəsilib.

Hər iki media rəhbərləri Türkiyənin "İntellektual mülkiyyət və yaradıcılıq haqqında"  qanununa əsasən cəzalandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi