"Anadolu" Agentliyinin xəbərlərini istinadsız yayan sayt rəhbərləri həbs olunub

"Anadolu" Agentliyinin xəbərlərini istinadsız yayan sayt rəhbərləri həbs olunub Onlar agentliyin xəbərlərini icazəsiz yayırmış
Maraqlı
121
12 Dekabr , 2014 11:23
Anadolu Agentliyinin xəbərlərini istinadsız yayan sayt rəhbərləri həbs olunub

Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin "Anadolu" Agentliyinin (AA) xəbərlərindən icazəsiz və istinad edilmədən istifadə etdiyi üçün iki internet saytının rəhbəri həbs olunub.

"Report" AA-ya istinadən xəbər verir ki, agentliyin iddiasına əsasən "dadastv.com" saytının sahibi və baş direktoru bir il müddətinə azadlıqdan məhrum edilib.

"gazeteguncel.com" saytının əlaqələndircisinə isə 10 ay iş kəsilib.

Hər iki media rəhbərləri Türkiyənin "İntellektual mülkiyyət və yaradıcılıq haqqında"  qanununa əsasən cəzalandırılıb.

Son xəbərlər

Orphus sistemi