"iPhone X" smartfonu almaq üçün 3 gün növbədə dayanan şəxsi xəstəxanaya aparıblar

"iPhone X" smartfonu almaq üçün 3 gün növbədə dayanan şəxsi xəstəxanaya aparıblar Kişinin halı pisləşib və nəticədə xəstəxanaya aparılıb
Maraqlı
3 Noyabr , 2017 12:30
iPhone X smartfonu almaq üçün 3 gün növbədə dayanan şəxsi xəstəxanaya aparıblar
Газета.Ру

Bakı. 3 noyabr. REPORT.AZ/ Rusiya paytaxtı Moskvada yeni "iPhone X" smartfonu almaq üçün üç gün növbədə dayanan şəxsi təcili yardım avtomobili ilə xəstəxanaya aparıblar.

"Report" RNS-ə istinadən xəbər verir ki, kişinin halı pisləşib və nəticədə xəstəxanaya aparılıb.

Qeyd edək ki, Rusiyada "ıPhone X" smartfonlarının satışına noyabrın 3-dən başlanılıb. Cihazın rəsmi dəyəri 64 GB və 256 GB modellər üçün müvafiq olaraq 79990 rubl (1373 dollar) və 91990 rubl (1580 dollar) təşkil edir.

Son xəbərlər

Orphus sistemi