Bakı. 3 noyabr. REPORT.AZ/ Rusiya paytaxtı Moskvada yeni "iPhone X" smartfonu almaq üçün üç gün növbədə dayanan şəxsi təcili yardım avtomobili ilə xəstəxanaya aparıblar.
"Report" RNS-ə istinadən xəbər verir ki, kişinin halı pisləşib və nəticədə xəstəxanaya aparılıb.
Qeyd edək ki, Rusiyada "ıPhone X" smartfonlarının satışına noyabrın 3-dən başlanılıb. Cihazın rəsmi dəyəri 64 GB və 256 GB modellər üçün müvafiq olaraq 79990 rubl (1373 dollar) və 91990 rubl (1580 dollar) təşkil edir.