İtaliya mafiyası polis itinin başına 5 min avro mükafat vəd edib - FOTO

İtaliya mafiyası polis itinin başına 5 min avro mükafat vəd edib - FOTO Bakı. 31 oktyabr. REPORT.AZ/ İtaliyanın Kamorra cinayətkar dəstəsi Poço ləqəbli polis itinin başına görə 5 min avro mükafat vəd edib.
Maraqlı
31 Oktyabr , 2018 00:35
İtaliya mafiyası polis itinin başına 5 min avro mükafat vəd edib - FOTO

Bakı. 31 oktyabr. REPORT.AZ/ İtaliyanın "Kamorra" cinayətkar dəstəsi "Poço" ləqəbli polis itinin başına görə 5 min avro mükafat vəd edib.

"Report"un məlumata görə, bu barədə "La Stampa" nəşri yazıb.

"Poço" artıq bir neçə ildir Neapol polisində xidmət edir və narkotiklərin axtarışı üzrə ixtisaslaşıb. İt işlədiyi müddətdə 2 tondan çox qadağan olunmuş maddə aşkar edib. Mafiozlar buna görə bir neçə milyon avro itiriblər.

"Poço" iki həftə əvvəl Salerno əyalətində 30 kq kokainin saxlandığı yeri müəyyənləşdirəndə quldurların səbri tükənib. Bundan əlavə, it hətta uşaq qidası ilə maskalanmış kiçik butulkadakı narkotiki də iybilmə vasitəsilə duyub.

"Poço"nun doqquz yaşı var də onun təqaüdə çıxmasına cəmi bir il qalıb. Əvvəllər cinayətkarlar itdən zəhərli maddənin köməyi ilə xilas olmağa çalışıblar, lakin onların cəhdləri puça çıxıb.

Polisdən bildirilib ki, köpək mühafizə altındadır və onun həyatı üçün heç bir təhlükə yoxdur.

Son xəbərlər

Orphus sistemi