İtaliyada yanğın zamanı yüzdən çox avtomobil yanıb - VİDEO

İtaliyada yanğın zamanı yüzdən çox avtomobil yanıb - VİDEO Bakı. 30 oktyabr. REPORT.AZ/ İtaliyada yanğın zamanı yüzdən çox Maserati avtomobili yanıb.
Digər ölkələr
30 Oktyabr , 2018 21:52
İtaliyada yanğın zamanı yüzdən çox avtomobil yanıb - VİDEO

Bakı. 30 oktyabr. REPORT.AZ/ İtaliyada yanğın zamanı yüzdən çox "Maserati" avtomobili yanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə daşqınların olduğu Savona limanında baş verib.

Məlumata görə, daşqınlardan əziyyət çəkən limanda iki avtomobil dayanacağı batıb. Hadisə zamanı qısaqapanmanın baş verməsi elektrik cərəyan mənbələrinin - akkumulyatorların partlamasına, bu isə öz növbəsində yanğına səbəb olub.

"Limanda Yaxın Şərqə ixrac edilmək üçün nəzərdə tutulmuş yüzlərlə avtomobil məhv olub", - deyə məlumatda bildirilir.

Bundan əlavə hadisə zamanı yük və minik avtomobillərinə da ziyan dəydiyi bildirilir. Yerli "Savona News" hadisə zamanı bir neçə min avtomobilin yandığını bildirib. Lakin Milli Yanğınsöndürmə Xidmətinin rəsmi məlumatında hadisə zamanı 150 avtomobilin yandığı bildirilir. 

 

Son xəbərlər

Orphus sistemi