Yuxarı

İranın sonuncu şahının xanımının sərvəti sürücüyə qalıb

O,1991-ci ildə Parisdə nəşr olunan və bestsellərə çevrilən “Tənhalıq sarayı” kitabında şahı qorxaqlıqda ittiham edib

Bakı. 29 fevral. REPORT.AZ/ Almaniyanın Köln əyalət məhkəməsi 15 ildən sonra İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin ikinci həyat yoldaşı Sürəyya İsfəndiyari-Bəxtiyarinin mirasının vəfat etmiş böyük qardaşı Bijən İsfəndiyarinin sürücüsünə verilməsi haqda qərar qəbul edib.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Məlumata görə, Köln məhkəməsi bu qərarı Sürəyya İsfəndiyari-Bəxtiyarinin ölümündən 15 il sonra qəbul edib. Övladı olmadığından onun sərvəti qardaşı Bijən İsfəndiyariyə qalmışdı. Ancaq o, Sürəyyadan bir həftə sonra vəfat edib.

Bijən İsfəndiyari bütün sərvətini sürücüsünə (həm də özünün katibi) verdiyini adi qeyd dəftərçəsinə yazıbmış. O, öləndən sonra bu dəftərçə ortaya çıxsa da, qohumları buna razılıq vermirmiş.

Sürəyya İsfəndiyari-Bəxtiyari Fransadakı sərvətini oradakı xeyriyyə təşkilatlarının ixiyarına buraxıb.

Şahın ikinci xanımının anası alman, atası isə fars olub. O, 1951-ci ildə Məhəmmədrza Pəhləvi ilə evlənib. Övladları olmadığı üçün 7 il sonra boşanıblar.

Şahın həyat yoldaşı olaraq seçdiyi hər üç qadın – Fevziyyə, Sürəyya və Fərəh haqlı olaraq ötən əsrin ən gözəl qadınlarından hesab olunurlar. Sürəyya öləndən bir il sonra şah 1959-cu ildə Fərəh Diba ilə ailə qurur.

Məhəmmədrza Pəhləvinin ikinci həyat yoldaşını ötən əsrin ən gözəl və cazibədar qadınlarından biri sayırlar. Sürəyya İsfəndiyari-Bəxtiyari 1932-ci ildə İsfahanda anadan olub. O,1991-ci ildə Parisdə nəşr olunan və bestsellərə çevrilən “Tənhalıq sarayı” kitabında şahı qorxaqlıqda ittiham edib.

Sürəyya 2001-ci il oktyabrın 25-də Parisdə keçirdiyi iflic nəticəsində vəfat edib. Onun 75 milyon avroluq mirası qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi