Yuxarı

Təyyarədə infarkt keçirən sərnişin təcili enişə səbəb olub

Hadisə İstanbuldan Efiopiyaya uçan təyyarədə baş verib

Bakı. 17 oktyabr. REPORT.AZ/ İstanbuldan Efiopiyanın paytaxtı Əddis-Əbəbəya uçan "Türk Hava Yolları"na (THY) məxsus təyyarə Qahirə Beynəlxalq Hava Limanına məcburi eniş edib. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, buna səbəb təyyarədəki sərnişinlərdən birinin infarkt keçirməsi olub.

Məlumata görə, THY təyyarəsi efiopiyalı sərnişinin ürək tutmasını əsas gətirərək Qahirə aeroportu ilə əlaqə saxlayıb və təcili eniş üçün icazə istəyib. Eyni zamanda, dərhal eniş sahəsinə həkim briqadasının göndərilməsi istənilib. 

Təcili yardım briqadası təyyarənin endiyi yerə gələrək infarkt keçirən sərnişini xəstəxanaya aparıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi