Təyyarədə infarkt keçirən sərnişin təcili enişə səbəb olub

Təyyarədə infarkt keçirən sərnişin təcili enişə səbəb olub Hadisə İstanbuldan Efiopiyaya uçan təyyarədə baş verib
Maraqlı
17 Oktyabr , 2015 09:23
Təyyarədə infarkt keçirən sərnişin təcili enişə səbəb olub

Bakı. 17 oktyabr. REPORT.AZ/ İstanbuldan Efiopiyanın paytaxtı Əddis-Əbəbəya uçan "Türk Hava Yolları"na (THY) məxsus təyyarə Qahirə Beynəlxalq Hava Limanına məcburi eniş edib. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, buna səbəb təyyarədəki sərnişinlərdən birinin infarkt keçirməsi olub.

Məlumata görə, THY təyyarəsi efiopiyalı sərnişinin ürək tutmasını əsas gətirərək Qahirə aeroportu ilə əlaqə saxlayıb və təcili eniş üçün icazə istəyib. Eyni zamanda, dərhal eniş sahəsinə həkim briqadasının göndərilməsi istənilib. 

Təcili yardım briqadası təyyarənin endiyi yerə gələrək infarkt keçirən sərnişini xəstəxanaya aparıb. 

Son xəbərlər

Orphus sistemi