Hindistanlı deputat müsahibə zamanı yerin altına yuvarlanıb - VİDEO

Hindistanlı deputat müsahibə zamanı yerin altına yuvarlanıb - VİDEO İki metr dərinliyə yıxılan siyasətçini xəstəxanaya yerləşdiriblər
Maraqlı
16 May , 2016 15:58
Hindistanlı deputat müsahibə zamanı yerin altına yuvarlanıb - VİDEO

Bakı. 16 may. REPORT.AZ/ Hindistan parlamentinin "Bharatiya canata parti" partiyasını təmsil edən deputatı Punamben Madam müsahibə zamanı yerin altına yuvarlanıb.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, insident Calla Ramnaqar (Qucarat ştatı) şəhərində jurnalistlərlə dialoq zamanı meydana gəlib.

Punamben Madam evləri söküləcək sakinlərin düşdüyü çətin vəziyyətdən danışarkən onun ayaqları altındakı torpaq aralanıb və deputat kanalizasiya şaxtasına düşüb. İki metr dərinliyə yıxılan siyasətçini xəstəxanaya yerləşdiriblər. 

Son xəbərlər

Orphus sistemi