Yuxarı
    Bağlamaq

    Formula 1 üzrə Sinqapur Qran Prisində trasa böyük kərtənkələ çıxıb

    Bu barədə Avropa Qran Prisinin səfiri yazıb

    Bakı. 19 sentyabr. REPORT.AZ/ "Formula 1" üzrə Sinqapur Qran Prisində maraqlı hadisə baş verib. "Report"un məlumatına görə, yarış zamanı trassa böyük kərtənkələ çıxıb.

    Bu barədə "Red Bull"un pilotu Maks Ferstappen komanda ilə radio əlaqə zamanı bildirib. "McLaren"in sürücüsü Fernando Alonso da sosial şəbəkədə canlıların yola çıxmasından söz açıb. O, Kanadada keçirilmiş Qran Pridə küçə itlərinin trasa çıxdığını yazıb.

    Bu cür hadisələr digər Qran prilərdə də baş verib. Avstriyada maral, Malayziyada ilan, 17 - 19 iyunda Bakıda keçirilmiş Avropa Qran Prisində isə pişik pilotlara maneçilik törədib.

    Qeyd edək ki, Fernando Alonso Avropa Qran Prisinin elçisi olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi