Yuxarı

Bu il ən çox gəlir gətirən Hollivud aktyorları müəyyənləşib

Bu il ən çox gəlir gətirən Hollivud aktyorları müəyyənləşib
ABŞ-ın Forbes jurnalı çəkildikləri filmlərlə Hollivud kinostudiyalarına maksimal gəlir gətirən akyorların adlarını dərc edib

Bakı. 27 dekabr. REPORT.AZ/ ABŞ-ın "Forbes" jurnalı çəkildikləri filmlərlə Hollivud kinostudiyalarına maksimal gəlir gətirən aktyorların adlarını dərc edib. "Report" xəbər verir ki, 2014-cü ildə ən çox gəlir gətirən aktrisa Cennifer Lourens olub. Onun iştirakı ilə film dünya prokatında 1,4 mlrd. dollar toplayıb.

İkinci yerdə aktyor Kris Pratt (1,2 mlrd. dollar), üçüncü yerdə isə - Skarlett Yohansson (1,18 mlrd. dollar) gəlir.

Liderlər onluğuna, həmçinin Mark Uolberq, Kris Evans, Emma Stoun, Ancelina Coli, Ceyms Makevoy daxil olub.

Ən çox gəlir gətirən aktyorların siyahısının sonunda aktyorlar Maykl Fassbender və Xyu Cekman yer alıb: onlar 746 mln. dollar gəlir gətiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi