Bakı. 27 dekabr. REPORT.AZ/ ABŞ-ın "Forbes" jurnalı çəkildikləri filmlərlə Hollivud kinostudiyalarına maksimal gəlir gətirən aktyorların adlarını dərc edib. "Report" xəbər verir ki, 2014-cü ildə ən çox gəlir gətirən aktrisa Cennifer Lourens olub. Onun iştirakı ilə film dünya prokatında 1,4 mlrd. dollar toplayıb.
İkinci yerdə aktyor Kris Pratt (1,2 mlrd. dollar), üçüncü yerdə isə - Skarlett Yohansson (1,18 mlrd. dollar) gəlir.
Liderlər onluğuna, həmçinin Mark Uolberq, Kris Evans, Emma Stoun, Ancelina Coli, Ceyms Makevoy daxil olub.
Ən çox gəlir gətirən aktyorların siyahısının sonunda aktyorlar Maykl Fassbender və Xyu Cekman yer alıb: onlar 746 mln. dollar gəlir gətiriblər.