Yuxarı

Əfsanəvi futbolçu, 75 yaşlı Pele üçüncü dəfə evlənir

O, 50 yaşlı Marsiya Sibel Aoki ilə ailə həyatı quracaq

Bakı. 9 iyul. REPORT.AZ/ Əfsanəvi braziliyalı futboçu, üçqat dünya çempionu Pele üçüncü dəfə evlənir. "Report" xəbər verir ki, bu barədə " Mirror" məlumat yayıb.

Nəşrin məlumatına görə, 75 yaşlı Pele bu dəfə 50 yaşlı Marsiya Sibel Aoki ilə ailə həyatı quracaq. Onların 6 ildir bir yerdə olduqları bildirilir.

Cütlüyün toyu bir qədər əvvəl Pelenin səhhətində problem yaranması səbəbindən  təxirə salınıb.

Qeyd edək ki, Pelenin əvvəlki iki evliliyindən beş övladı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi